Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2019 16:15
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır.
Trend-in məlumatına görə, bu barədə Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirib.
Mövzu ilə bağlı çıxış edən AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan son illər nüfuzlu beynəlxalq qurumlar və dövlətlərlə əməkdaşlıq əlaqələrini daha da genişləndirməkdədir. Qeyd edib ki, müstəqillik əldə etdikdən sonra ölkəmizin beynəlxalq səviyyədə dəstəklədiyi ən mühüm təşəbbüslərdən biri tarixi İpək Yolunun bərpası layihəsidir. Bu sahədə həyata keçirilən tədbirlərdən danışan akademik ölkəmizin İpək Yolu layihəsinin tarixi-mədəni və humanitar istiqamətlərinin inkişafında da maraqlı olduğunu, müxtəlif beynəlxalq təşkilatlar, xüsusilə UNESCO ilə sıx əməkdaşlıq etdiyini nəzərə çatdırıb.
Qeyd olunanlar nəzərə alınaraq AMEA-nın Rəyasət Heyətinin nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin yaradılması qərara alınıb, bu istiqamətdə bir sıra tapşırıqlar verilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin