Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Naxçıvanda daha bir nazirliyin saytı “GOV.AZ”a köçürülüb

Naxçıvanda daha bir nazirliyin saytı “GOV.AZ”a köçürülüb

Tarix: 27 Fevral 2023 09:44

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron informasiya resursu yeni "neco.gov.az" domen adı ilə "AzStateNet" şəbəkəsinə köçürülüb.

Bu barədə Milli.Az-a Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin "GOV.AZ" zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Milli.Az


Etiketlər:  Naxçıvanda daha bir nazirliyin saytı GOVAZa köçürülüb


RƏYLƏR