Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hərbçilərimiz döyüş hazırlığı vəziyyətində: zirehli texnika ilə...

Hərbçilərimiz döyüş hazırlığı vəziyyətində: zirehli texnika ilə...

Tarix: 27 Fevral 2023 10:15

2023-cü ilin döyüş hazırlığı planına müvafiq olaraq Azərbaycan Ordusunda hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsi, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə təlim və məşğələlər davam etdirilir.

Milli.Az bildirir ki, plana əsasən piyadaların döyüş maşınları (PDM) ekipajları ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

Keçirilən çalışmalarda əsas diqqət sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərinin, eləcə də tuşlayıcı operatorların zirehli texnikadan hərəkətdə və dayanaraq atəş açma bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

Zirehli texnika ekipajları qarşıya qoyulan bütün tapşırıqları uğurla icra ediblər.

Milli.Az


Etiketlər:  Hərbçilərimiz döyüş hazırlığı vəziyyətində zirehli texnika ilə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ