Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2023 01:25
"Oxuduğum musiqi janrını əslində dəyişməmişəm. Sadəcə zövqlü geyinməyi, gözəl görünməyi sevən insanam. Belə olan halda görünüşümlə bərabər ifalarımla dəyişir".
Sonxeber.net xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı bizim.media-nın əməkdaşı ilə söhbətində deyib.
Bir müddət əvvəl Türkiyənin pop ulduzu Hadisənin və Xalq artisti Aygün Kazımovanın geyindiyi "Balenciaga" markalı "oversize", yan hissələri komuflyaj biçimli cins şalvarı bu dəfə müğənni sənətçinin də geyinməsi dəbkeşlər tərəfindən xeyli müzakirə olunmuşdu.
Sənətçi bildirib ki, anası sözügedən cins şalvarı bəyənməyib:
"Anam o cins şalvara görə məni öldürürdü. Ondan sonra o şalvarı geyinmədim. Atmışam bir kənara. Anam istəmir ki, geyimlərim haqqında nələrsə yazılsın. O şalvarın qiyməti elə də baha deyil. Normal qiymətədir. Hamı da onu alıb, geyinir".
"Qarderobunuzda elə bir geyim var ki, onu çox baha qiymətə almısınız, amma geyinmirsiniz?" sualına Gülay "Xeyr! Elə bir şey yoxdur. Əziyyət çəkib, pul qazanıb, özümüzə geyimlər alırıq. Əgər mən pul xərcləyib hansısa bir paltarı alıramsa, onu mütləq şəkildə də geyinməliyəm" cavabını verib.
Qeyd edək ki, sözügedən dəbdəbəli şalvarın qiyməti 1390 avrodur (təxminən 2561 manat).