Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2023 09:18
Təhlükəsizlik tədbirlərini gücləndirmək üçün Əfqanıstan - Tacikistan sərhədinə əlavə qüvvələr yerləşdirilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə fevralın 27-də Əfqanıstanın Kunduz polisi rəisi Bəxtiyar Maaz bildirib.
O, əyalətdə qanunu pozan bütün hərəkətlərin dayandırılacağını deyib.
"Qala-e-Zal, İmam Sahib və Kəlbad rayonları Tacikistanla sərhəddə yerləşir. Xoşbəxtlikdən bu əyalətdə kifayət qədər sərhədçi və polisimiz var və heç kim problemlə üzləşmir", - deyə Maaz bildirib.
Onun sözlərinə görə, əyalətdə "Taliban"ın hakimiyyətinə qarşı çıxan bir nəfər də olsun şəxs və ya qrup yoxdur.
Polis rəisi əlavə edib ki, heç kimin insanların təhlükəsizliyini pozmağına icazə verilmir.