Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2023 12:54
"Ezo gelin", "Kaçak", "Kibar Feyzo" kimi sevilən ekran işlərinin çəkildiyi Fatih Aliye Müderresin evi zəlzələdən zərər görüb.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, Hatay vilayətində yerləşən böyük ev dağıntılara məruz qalıb.
Vaxtilə məşhur aktyorlar Kemal Sunal (Şaban), Şener Şen, Adile Naşit və Fatma Girikin çəkildiyi filmlər məhz bu mənzildə lentə alınıb.
Evin muzey olması üçün restavrasiya işlərinə start verilmişdi.
Lakin zəlzələ səbəbilə təmir dayandırılıb.