Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldinyo meydanlara qayıtdı - VİDEO

Ronaldinyo meydanlara qayıtdı - VİDEO

Tarix: 28 Fevral 2023 16:34

Əfsanəvi futbolçu Ronaldinyo meydanlara qayıdılıb.

Sonxeber.net xəbər verir ki, braziliyalı Jerar Pikenin təşkil etdiyi İspaniya Kral Liqasında debüt edib. O, "Prosinos"un heyətində "Pio" ilə 8-ci tur matçında meydana çıxıb. Ronaldinyo ilk hissənin 5-ci dəqiqəsində kapitan sarğısını alaraq ehtiyatdan meydana daxil olub. Oyunun onlayn platformalarda yayımını ümumilikdə bir milyondan çox insan izləyib.

Bu yarışdakı oyunlar 40 dəqiqəlik müddətdə olur. Həmçinin çempionatdakı komandalarda şou-biznes ulduzları, məşhurlar iştirak edirlər.

Qeyd edək ki, Ronaldinyo 2018-ci ildə 37 yaşında rəsmi şəkildə karyerasını başa vurub. 42 yaşlı yarımmüdafiəçi fevralın 24-də futbola qayıdıb və "Prosinos"a keçib. (publika)


Etiketlər:  Ronaldinyo meydanlara qayıtdı VİDEO


RƏYLƏR