Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PSJ-nin prezidenti adam oğurluğunda şübhəli bilinir

PSJ-nin prezidenti adam oğurluğunda şübhəli bilinir

Tarix: 28 Fevral 2023 20:20

PSJ-nin prezidenti, qətərli iş adamı Nasser Əl-Xəlafi adam oğurluğunda əli olmaqda şübhəli bilinir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Paris məhkəməsi iddia açıb.

İddialar 2020-ci ilin yanvarında Qətərdə qaçırılan 42 yaşlı lobbiçi Tayeb Bin Abderrahmanın oğurlanması və işgəncələrə məruz qalması ilə bağlıdır. Həbs edildikdən sonra Bin Abderrahman 6 ay işgəncələrə məruz qalıb, sonra ev dustaqlığına buraxılıb. Ben Abderrahman Qətəri yalnız 2020-ci ilin noyabrında Nasser Əl-Xəlafi ilə bağlı gizlilik müqaviləsi imzaladıqdan sonra tərk edə bilib.

Qeyd edilib ki, Bin Abderrahmanın gizli saxladığı məlumat DÇ-2022-nin Qətərə verilməsi, həmçinin 2026 və 2030-cu ildə keçiriləcək mundialların televiziya hüquqlarının Əl-Xəlafinin sədri olduğu "BeIN Media"ya verilməsi ilə bağlı ola bilər.


Etiketlər:  prezidenti adam oğurluğunda şübhəli bilinir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ