Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan rəsmisindən Rusiyaya qarşı sərt çıxış: Əgər bacarmırsansa...

Ermənistan rəsmisindən Rusiyaya qarşı sərt çıxış: Əgər bacarmırsansa...

Tarix: 28 Fevral 2023 21:33

"Təbii ki, Ermənistan-Azərbaycan danışıqlarında Rusiyanın rolu var, çünki hələ də orada rus sülhməramlıları dayanır".

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

"Eyni zamanda, Moskvanın hər hansı digər tərəf (Avropa Birliyi) müsbət bir şey etməyə cəhd edəndə baş verən qıcolmalarını və əsəbi reaksiyalarını bir az çox hesab edirəm. Bunu böyük bir siyasi quruluş üçün olması lazım olduğundan daha emosional hesab edirəm. Bir az sakit və təmkinli olmalıdırlar, vəziyyəti başa düşməlidirlər, anlamalıdırlar ki, Ermənistanın öz maraqları var, onun öz təhlükəsizlik problemləri var", - spiker bildirib.

Alen Simonyan əlavə edib:

"Ruslar həmişə deyirlər ki, başqaları məsələni həll edə bilsə, biz ancaq lehinə olacağıq, amma məsələ burasındadır ki, məsələni özləri həll etsinlər. Bunu həll etməli idilər. Onlar ərazi bütövlüyümüzün, təhlükəsizliyimizin təminatçısı idilər, 102-ci rus hərbi bazası burada yerləşir, müqavilələrimiz də bu yöndədir. Haradasınız, niyə fəal deyilsiniz? Əgər bacarmırsınızsa, bunu yüksək səslə deyib, bəlkə bir yerdə oturub həll yolları tapasınız. Amma nə baş verdiyini görürük".

Milli.Az


Etiketlər:  Ermənistan rəsmisindən Rusiyaya qarşı sərt çıxış Əgər bacarmırsansa


RƏYLƏR