Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş ərinə söz atmışdı, məhkəməlik oldu - VİDEO

Keçmiş ərinə söz atmışdı, məhkəməlik oldu - VİDEO

Tarix: 2 Mart 2023 13:50

Xəbər verdiyimiz kimi, amerikalı müğənni Mayli Sayrus keçmiş həyat yoldaşı, avstraliyalı aktyor Liam Hemsvortun doğum günündə ona həsr etdiyi mahnını təqdim etmişdi. 

İfaçı "Flowers" adlı mahnısında "Özümü sənin məni sevə biləcəyindən daha çox sevməyi bacarıram" ifadəsi ilə Liama söz atmışdı.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bəstədəki bu ifadə aktyorun karyerasında problem yaradıb. O, keçmiş həyat yoldaşının atmacasına görə "The Witcher" filmindəki rolunu itirmək təhlükəsi ilə üzləşib. 

Liam eks-xanımının böhtanına və uğursuz münasibətlərini mahnıda təsvir olunmasından narazı olduğu məhkəməyə müraciət edib. 

Qeyd edək ki, cütlük 2020-ci ildə boşanıblar. Bundan sonra Liam bir neçə xanımla münasibətdə olsa da, hamısı uğursuz nəticələnib.

Milli.Az


Etiketlər:  Keçmiş ərinə söz atmışdı məhkəməlik oldu VİDEO


RƏYLƏR