Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyhun Bayramov Dionisio Babo Soares ilə görüşdü

Ceyhun Bayramov Dionisio Babo Soares ilə görüşdü

Tarix: 2 Mart 2023 20:00

2 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Timor Leste Demokratik Respublikasının Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri, Prezident ofisinin beynəlxalq əlaqələr idarəsinin rəhbəri Dionisio Babo Soares ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Timor Leste arasında münasibətlərin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində inkişafı perspektivləri müzakirə mövzusu olub.

Beynəlxalq təşkilatlar, xüsusilə, Birləşmiş Millətlər Təşkilatı, habelə QH çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi məsələsində qarşılıqlı razılıq ifadə olunub.

Timor Leste Demokratik Respublikasının Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri, Prezident ofisinin beynəlxalq əlaqələr idarəsinin rəhbəri Dionisio Babo Soares dövlətinin Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verdiyini və ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. O eyni zamanda, QH Zirvə Görüşünün uğurlu təşkilinə görə minnətdarlığını bildirib.

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə mövzusu olub.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramov Dionisio Babo Soares ilə görüşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ