Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2023 15:32
Rusiyanın Tomsk vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti strateji əhəmiyyətli resursların gömrük sərhədindən qanunsuz keçirilməsi kanalını dayandırıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs müəyyənləşdirilib.
Məlum olub ki, saxlanılan şəxs milli diasporalardan birinin nümayəndəsi ilə xarici iqtisadi müqavilə çərçivəsində qeyri-qanuni yolla Azərbaycana ümumi dəyəri dörd milyon rubldan çox olan strateji əhəmiyyətli sərvətlər ixrac edib.
Hazırda Tomsk vilayətində və Dağıstan Respublikasında əməliyyat-axtarış tədbirləri keçirilir. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 226.1-ci maddəsinə əsasən, təqsirkarları yeddi ilə qədər həbs gözləyir.
Qeyri-rəsmi məlumatlara görə, söhbət meşə materiallarından gedir.