Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Keçmiş arvadını mahnıya görə məhkəməyə verdi - FOTO

Keçmiş arvadını mahnıya görə məhkəməyə verdi - FOTO

Tarix: 3 Mart 2023 20:52

Avstraliyalı aktyor Liam Hemsvort keçmiş həyat yoldaşı, məşhur müğənni Mayli Sayrusu "Flowers" mahnısına görə məhkəməyə verib.

"Qarşısıalınmazlar 2" ("The Expendables 2") və "Aclıq Oyunları" ("The Hunger Games: Mockingjay") filmlərindəki rolları ilə tanınan aktyor Sayrusun "Flowers" mahnısında ona böhtan atdığını, bu səbəbdən "Netflix" ilə "Cadugər" ("The Witcher) serialı üçün müqaviləsini itirmək üzrə olduğunu deyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qeyd edək ki, yanvar ayında Mayli Sayrus "Flowers" mahnısını və klipini təqdim edib. Mahnı yanvarın 13-də, Liam Hemsvortun ad günündə işıq üzü görüb. Müğənninin pərəstişkarları hesab edir ki, məşhur ifaçı yeni bəstəsini keçmiş əri ilə münasibətinə həsr edib. İfaçı mahnısında keçmiş ərini ona xəyanət etməkdə ittiham edib və bildirib ki, özü özünə çiçək ala bilər.

Ulduz cütlük 2009-cu ildə "Son mahnı" ("The Last Song") adlı romantik filmin çəkiliş meydançasında tanış olublar. 2012-ci ilin iyununda nişan elan olunub, evlilik isə uzun çəkməyib - 2020-ci ildə Liam və Mayli rəsmi olaraq boşanıblar.

Milli.Az


Etiketlər:  Keçmiş arvadını mahnıya görə məhkəməyə verdi FOTO


RƏYLƏR