Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Milli komandanın oyunçusu DƏNİZDƏ BOĞULDU - FOTO

Milli komandanın oyunçusu DƏNİZDƏ BOĞULDU - FOTO

Tarix: 4 Mart 2023 07:22

Pakistanlı futbolçu və xokkeyçi 29 yaşlı Şahidə Raza İtaliya sahillərində batan gəmidə ölənlər arasında tapılıb. 

Milli.Az Lent.az-a istinadla bildirir ki, o, oğlunu müalicə etmək üçün ölkəsini tərk edib. "Çinto" kimi də tanınan Raza Pakistan milli futbol komandasının üzvü olub və əvvəllər otüstü xokkey üzrə milli komandada oynayıb.

Onun yaxın dostu Sumaya CNN-ə bildirib ki, Raza xəstəliyi olan 3 yaşlı oğlunun daha yaxşı gələcəyini təmin etmək ümidi ilə Avropaya qeyri-qanuni səyahət edib. Ailəsi oğlunun qayıqda olmadığını deyir.

Qeyd edək ki, fevralın 27-də miqrantları daşıyan taxta qayığın Kalabriya sahillərində qayalara çırpılması nəticəsində azı 64 nəfər ölüb. Onlardan ən azı ikisi pakistanlıdır.

Milli.Az


Etiketlər:  Milli komandanın oyunçusu DƏNİZDƏ BOĞULDU FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ