Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2023 13:48
Goranboy rayonunun Qaradağlı kənd sakini Namiq Sadıqovun aldığı maşının üzərinə həbs qoyulub.
Sonxeber.net xezerxeber.az-a istinadən xəbər verir ki, Namiq Sadıqov aldığı avtomobili öz adına qeydiyyata saldıqdan 25 gün sonra minik maşınına həbs qoyulduğunu deyir.
Dediyinə görə, o ötən ilin sentyabrında Qazax sakinindən minik maşını alıb. Oktyabrın 4-də Gəncə şəhərində 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində avtomobili qeydiyyata saldırıb. Həmin vaxt ona avtomobildə hər hansı borc və ya həbs olması haqda məlumat verilməyib.
Maraqlısı budur ki, avtomobilini qeydiyyata saldıqdan 25 gün sonra ona minik maşınına həbs qoyulduğu bildirilib.
Namiq Sadıqov maşına qoyulan həbsin əvvəlki sahibinin borcu səbəbindən olmasını iddia edir və problemin tezliklə aradan qaldırılmasını istəyir.
Problemlə bağlı DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Namiq Sadıqovun problemi araşdırmanın nəticələrindən sonra həll edilə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: