Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda vaxtından əvvəl doğulma 8-12 faiz arasındadır - Baş neonatoloq

Azərbaycanda vaxtından əvvəl doğulma 8-12 faiz arasındadır - Baş neonatoloq

Tarix: 17 Oktyabr 2019 10:44

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ümumilikdə yenidoğulmuşlar arasında xəstə uşaqların sayı 10 faizdən artıq olmur. Yeni doğulanlardan 1-2 faizi çox ağır vəziyyətdə olur ki, onların arasında vaxtından əvvəl anadan olanlar da var.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətin Təkmilləşdirilməsi üzrə Xüsusi Komissiyanın sədri, baş neonatoloq Rüstəm Hüseynov bildirib.

Onun sözlərinə görə, yeni doğulmuş körpələrlə bağlı əsas problem vaxtından əvvəl dünyaya gəlmələridir: "Ana bətnində infeksiyalaşmış körpələr adətən vaxtından əvvəl doğulur. Bu körpələrdə tənəffüs problemləri olur. Azərbaycanda vaxtından əvvəl doğulma 8-12 faiz arasındadır. İnkişaf etmiş ölkələrdə bu, təxminən 8 faiz olur, ancaq tibbi xidməti lazımi səviyyədə olmayan ölkələrdə 15-17 faizə çatır. Ölüm faizi vaxtından əvvəl doğulmuşlar arasında üstünlük təşkil edir".

R.Hüseynov əlavə edib ki, ekstremal az çəkili olanlar, yəni 1000 qramdan aşağı olan, 600-700-800 qramla doğulan körpələr arasında ölüm faizi daha çox olur: "1000-1500 qramla doğulan körpələr də çox aşağı çəkili hesab edilir. Vaxtından əvvəl doğulan körpələrin çəkisi təxminən 1800 qrama çatanda, vəziyyətləri imkan verirsə evə yazmaq olar. Həmin körpələr daima nəzarətdə olurlar. O körpəyə ayrı-ayrı mütəxəssislər baxırlar".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda vaxtından əvvəl doğulma faiz arasındadır Baş neonatoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ