Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda məktəbli qızlar kütləvi zəhərlənir: etirazlar başladı

İranda məktəbli qızlar kütləvi zəhərlənir: etirazlar başladı

Tarix: 5 Mart 2023 09:08

İranın paytaxtı Tehranda və digər şəhərlərdə sakinlər məktəbli qızların naməlum zəhərli maddə ilə kütləvi zəhərlənməsinə görə etiraz aksiyalarına başlayıblar.

Sonxeber.net xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Tehranda valideynlər Təhsil Nazirliyinin binası qarşısında aksiya keçiriblər.

Daha sonra bu, hökumət əleyhinə nümayişə çevrilib.

Oxşar aksiyalar paytaxtla yanaşı İsfahan və Rəştdə də keçirilib.

Qeyd edək ki, məktəbli qızlar ürəkbulanma və baş ağrılarından şikayətlənirlər.

Naməlum maddənin qurbanları arasında artıq yüzlərlə şagird var. İranın 31 vilayətindən azı 30 məktəbdə zəhərlənmə hallarının qeydə alındığı bildirilir.


Etiketlər:  İranda məktəbli qızlar kütləvi zəhərlənir etirazlar başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ