Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2023 08:48
Endokronoloq Yuliya Sorokina xəbərdarlıq edib ki, qaz sobaları və piltələri nəinki qazdan zəhərlənməyə, eləcə də ani olaraq ürək tutmasına gətirib çıxardır.
Sonxeber.net "Medicina"-ya istinadən xəbər verir ki, sağlamlıqa qarşı təhlükə təbii qazın yanma prosesi ilə bağlıdır.
Endokrinoloqun sözlərinə görə, təbii qazın tam yanması ilə belə havada karbon qazının konsentrasiyası artır. Ancaq tam yanma, bir qayda olaraq, baş vermir.
Buna görə də havada olan zəhərli maddələr baş ağrılarının, allergiyanın, halsızlığın və immunitetin zəifləməsinə səbəb olur. Azot dioksidi isə astma tutmaları, tənəffüs yolu infeksiyaları və infarkt riskini artırır.
Təbii ki, bu maddə xroniki ağciyər xəstəliklərini şiddətləndirir, həm də idrak funksiyalarına pis təsir göstərir.