Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2023 15:48
Bu gün Krımı azad etmək Donbasdan daha asandır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
Ekspert fikirlərini hər iki bölgənin coğrafi cəhətdən fərqli yerlərdə yerləşməsi ilə əsaslandırıb:
"Çünki Krım yarımadadır. Əgər uzaq mənzilli sistemlərdən istifadə edilərsə, o, tamamilə atəş nəzarətinə götürülə bilər. Operativ şəkildə mühasirəyə alınar. Yarımadanı Ukrayna Silahlı Qüvvələrinin atəş nəzarəti altına aldıqdan sonra Rusiya qoşunlarının orada qalması zaman məsələsi olacaq. Donbasla isə daha çətin olacaq, çünki Rusiya ilə birbaşa əlaqə var - işğalçılar gələcək, Kreml isə davamlı olaraq ora hərbi texnika ötürəcək".