Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin məşhur aktyorundan JEST: Zərərçəkənlərə yardım...

Türkiyənin məşhur aktyorundan JEST: Zərərçəkənlərə yardım...

Tarix: 8 Mart 2023 18:08

Tanınmış aktyor Okan Bayülgen açıqlamaları ilə gündəmə gəlib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, ötən gün baş rolunda oynadığı "Richard" tamaşasından əvvəl media nümayəndələrinin suallarını cavablandırıb.

58 yaşlı aktyor tamaşanın satılan bütün bilet pulları Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlərə bağışlanmasına aydınlıq gətirib:

"Zəlzələdən zərərçəkən insanlar üçün təqdim etdiyimiz tamaşanın gəlirlərinin bağışlanması yanlış başa düşülür. Gəlirlərlə yaradıcı heyətin pulunu ödəyəcəyik. Daha sonra öz cibimizdən insanlara vəsait bağışlayacağıq. Bu tamaşa onsuz da əyləncəli deyil. İnsanların zövq almağını təmin edirik". 

Milli.Az


Etiketlər:  Türkiyənin məşhur aktyorundan JEST Zərərçəkənlərə yardım


RƏYLƏR