Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2019 15:06
Bakı. Trend:
Rusiyanın Təbii Ehtiyatlar və Ekologiya Nazirliyi şimal marallarının mühafizəsi üçün regionlara tapşırıq verib.
Trend-in məlumatına görə, maralların ovlanmasının qadağan olunması qərarı nəzərdən keçirilir.
Bununla bağlı Rusiyanın iki regionunda – Krasnoyarsk diyarı və Yakutiyada zəruri tədbirlər görüləcək.
Qeyd olunur ki, 2000-ci ildən bu günədək Taymır şimal marallarının sayı 1 milyondan 400-450 min başadək azalıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin