Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2023 11:10
İranın nüvə silahına can atması İsraildən istənilən prosesə hazır olmağı tələb edir, indi mühüm qərarların qəbul edilməsi üçün məqam yetişib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant amerikalı həmkarı Lloyd Ostin ilə görüşündən sonra mediaya açıqlamasında deyib.
"Bu gün kritik bir mərhələdəyik, yaxın gələcəkdə təxirəsalınmaz və vacib qərarlar qəbul etməli olacağıq. İran nüvə silahı əldə etməyə can atır və bununla təkcə İsraili deyil, bütün dünyanı təhdid etmək niyyətindədir. İranın nüvə təhlükəsi bizdən istənilən hərəkət kursuna hazır olmağı tələb edir, təkrar edirəm və vurğulayıram: Biz istənilən fəaliyyət kursuna hazır olmalıyıq", - Qallant bildirib.
Qallant qeyd edib ki, ölkəsi İranın yəhudi dövlətini təhdid edəcək kütləvi qırğın silahları əldə etməsinə icazə verməyəcək.
"Bütün variantlar nəzərdən keçirilir", - nazir bildirib.