Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə 17 yaşlı qız yenidən itkin düşüb

Gəncədə 17 yaşlı qız yenidən itkin düşüb

Tarix: 11 Mart 2023 10:02

Gəncədə 17 yaşlı qız yenidən itkin düşüb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə martın 9-da şəhər ərazisində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 2006-cı il təvəllüdlü Bayramova Ceyran Sahəddin qızının yaşadığı evdən işə getmək məqsədilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.

Qeyd edək ki, C.Bayramova ötən ilin noyabr ayında da itkin düşmüşdü. Daha sonra o, polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilmişdi.


Etiketlər:  Gəncədə yaşlı qız yenidən itkin düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ