Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2023 23:25
Aparıcı Zümrüd Bədəlova ikinci dəfə ailə qurmaq istədiyini bildirib.
Sonxeber.net olay-a istinadən bildirir ki, bu barədə o, "MTV maqazin"ə müsahibəsində deyib.
Zümrüd şərtlərini isə belə sadalayıb:
"Bir az uzaqda işləsin, yaşasın. Ayda 3-4 dəfə görüşə bilək, çox yox. Bir-birimiz üçün darıxaq. Çox görüşəndə elə ailələr uzun ömürlü olmur. O, mənim işimə qarışmasın, amma mən ona qarışım. Çox xoşbəxt olaq. Yaxşı pul qazanmırsa, uzaqda qalsın, neynirəm onu yaxında?"
Bədəlova növbəti dəfə ana olmaq istəmədiyini də bəyan edib:
"Mən özüm körpəyəm. Neynirəm yenidən ana olmağı? Yaxşı bir münasibət istəyirəm, vəssalam".