Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2023 14:40
Çala-çuxurlu bu yolda palçıq əlindən tərpənmək olmur. Yağış yağanda vəziyyət daha da dözülməz olur. Yaranan gölməçələr insanları təngə gətirib.
Görüntülər Masallı rayonunun Mololan kəndindəndir. Sakinlər uzun illərdir ki, yolsuzluqdan əziyyət çəkirlər.
Daha ətraflı Xəzər televiziyasının videosujetində izləyə bilərsiniz:
Məhəmməd Quliyev