Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs ələ keçdi

Keçmiş həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs ələ keçdi

Tarix: 14 Mart 2023 09:42

Astarada qətl törətməkdə şübhəli bilinən şəxs Gəncədə saxlanılıb.

Milli.Az bildirir ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Belə ki, mart ayının 13-də keçmiş həyat yoldaşı, Astara rayon Maxşan kənd sakini, 1993-cü il təvəllüdlü G.Qəhrəmanovanı qətlə yetirməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Yusif Verdiyev saxlanılaraq Astara RPŞ-nin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Milli.Az


Etiketlər:  Keçmiş həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs ələ keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ