Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransa dünyaya qarşı: bu xalqı məhv edir

Fransa dünyaya qarşı: bu xalqı məhv edir

Tarix: 15 Mart 2023 09:00

Fransa dünyada soyqırım cinayətlərini yayan irqçiliyi dövlət siyasətinə çevirən ölkədir. Fransanın qanlı keçmişinin ən qara səhifəsi Əlcazairdə həyata keçirdiyi soyqırımdır. 1962-ci ildə müstəqliyini elan edən Əlcazairə qarşı soyqırım həyata keçirən Fransa dövlətinin etdiyi cinayətləri ayrı-ayrı şəxslər səviyyəsində özləri də etiraf edirlər. Əlcazair soyqırımında iştirak etmiş fransız komandir Jasques Massudun etiraf edir ki, fransız əsgərləri əlcazairli qadınları zorlayandan sonra onlarla "xatirə" fotosu çəkdirirdilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, Fransa işğal etdiyi Cibuti, Nigeriya, Çadda soyqırım cinayətləri törətmiş, məscid və mədrəsələri dağıdaraq alimləri qətlə yetirməklə öz çirkin niyyətlərini həyata keçirmişdi. Fransanın XIX əsrdə müstəmləkə müharibələrində öldürülmüş döyüşçülərin 18 min nəfərinin kəllə sümüyü Parisin "İnsan muzeyində" saxlanılır. Əlcəzairlilər onlara məxsus bu kəllə sümüklərini rəsmi qaydada geri istəsələr də, Fransa hələ də bu məsələ ilə bağlı heç bir tədbir görməyib.

Fransa dövləti öz beynəlxalq öhdəliklərini yerinə yetirməməkdə dünya birincisidir. 1973-cü ildə ABŞ-da türk diplomatlarına qarşı həyata keçirilən terror aktları bir müddətdən sonra Fransaya transfer edildi. 24 oktyabr 1975-ci ildə Türkiyənin Parisdəki səfiri İsmayıl Erez və sürücüsü Talib Yener səfirlik yaxınlığında terrora məruz qaldılar.

Fransa prezidentləri terrora dəstək verir

27 may 1974-cü ildən 21 may 1981-ci ilədək Fransan prezidenti olmuş milliyyətçi Valeri Jiskar Desten Fransada ermənilərin türk diplomatlarına qarşı terrorunun intensivləşməsinə münasibət bildirərkən demişdi: "Fransa ermənilərin tarixi haqlarını tələb etmək və onlara qarşı edilənlərin qisasını almaq cəhdlərinə qarşı çıxmayacaq".

Bir ölkənin prezidentinin dilində terrora açıq dəstək vermək analoqsuz hüquqi nihilizmin ən bariz nümunəsidir. Fransa Prezidentinin açıqlamalarından ruhlanan erməni terrorçuları türk diplomatlarına qarşı terroru daha da genişləndirdi. 22 dekabr 1979-cu il tarixində Türkiyənin Parisdəki turizm müşaviri Yılmaz Çolpan bir terrorçunun basqını nəticəsində qətlə yetirildi. 4 mart 1981-ci il tarixində Türkiyənin Parisdəki səfirliyinin attaşesi Rəşad Morali ilə dini işlər üzrə müşavir Təcəlli Arı erməni terrorçuları tərəfindən öldürüldülər. Bu artıq türk diplomatlarına qarşı Fransa ərazisində həyata keçirilən 3-cü terror aktı idi. Bundan sonra Türkiyə Fransaya nota verdi. Lakin terror aktları yenə də davam etməkdə idi.

24 sentyabr 1981-ci ildə 4 erməni terrorçu Türkiyənin Parisdəki baş konsulu ilə mədəniyyət attaşesinin oturduğu binada 56 türkü girov götürdü. Terrorçulara müdaxilə etmək istəyən mühafizəçi Camal Özəni yerindəcə öldürdülər. Baş konsul Kaya İnalı yaraladılar. Erməni terrorçular Türkiyədə "siyasi məhbus" olan 12 nəfər erməninin Parisə gətirilməsini tələb etdilər. İstəklərinin qəbul edilməyəcəyini anlayan terrorçular 15 saat sonra polisə təslim oldular. Terroru ASALA təşkilatı öz üzərinə götürdü.

31 yanvar 1984-cü ildə Fransa məhkəməsi hadisəni törədən 4 erməni terrorçu Vazgen Sakosesliyan, Gevork Abraham Gözliyan, Aram Avedis Basmaçıyan və Akop Abraham Turfanyana çox yüngül cəza verdi və onlar cəmi 7 il azadlıqdan məhrumetmə cəzasına məruz qaldılar.

Bu eybəcər tarixi varislik Fransa Prezidenti Emmanuel Makronun vaxtında da eyni "uğurla" davam etdirildi.

Bu günlərdə (4 mart 2023-cü il) Kinşasada Ruanda dövlət başçısı Feliks Tşisekedinin Fransa Prezidenti E.Makronla birgə keçirdiyi brifinqdə 1994-cü ildə xalqına qarşı həyata keçirilən soyqırımda Fransanın təqsirkar olduğunu deməsi Makronun diplomatik nəzakət qaydalarına sığmayan isterik hərəkətlər etməsinə səbəb oldu.

Zorla Fransa ərazisinə qatılmış Korsikanın dilinə qarşı həyata keçirilən siyasət də Fransanın "tarixi ənənələrə" sadiq olduğunu göstərir. Milli etnik kimliyin ən vacib ünsürü dildir. Assimilyasiyanın birinci şərti məhz milli dilin aradan qaldırılmasıdır. Milli dil etnosun mədəniyyətinin mayasını təşkil edir. UNESKO tərəfindən dünyada mədəni müxtəlifliyin təmin olunması, milli kimliklərin mühafizəsi ilə bağlı həyata keçirilən mədəni prioritetlərdən biri də məhz məhv olmaq təhlükəsi olan dillərin qorunmasıdır. Yüz əlli min insanın danışdığı Korsika dili UNESKO tərəfindən yox olmaq təhlükəsi altında olan dillər qrupuna daxil edilib.

Seçki kampaniyası çərçivəsində ilk dəfə adaya səfər edən Emmanuel Makron Regional Dillər üzrə Avropa Xartiyasının ratifikasiyasını üzərinə götürməsinə baxmayaraq, deyib: "Respublikanın dili fransız dilidir və bu, Konstitusiyamızda təsbit olunub. Bu, dəyişməməlidir".

Sözügedən xartiyanın imzalanması və təsdiqlənməsi dil siyasətinin ənənəvi olaraq vahid xarakterə sahib olduğu Fransadakı siyasi qarşıdurmaların mövzusu idi. Lakin digər məsələlərdə olduğu kimi, bu məsələdə də Fransa öz beynəlxalq öhdəliklərini yerinə yetirməkdən imtina edir. Bu açıqlamadan sonra regional Korsika dili ilə bağlı millətçilərin tələbinə son qoyulub.

Qeyd etmək lazımdır ki, "Corsu" və ya "Lingua Corsa" adlanan Korsika dili İtaliyanın Toskana vilayətində danışılan italyan dilinin bir qoludur. Korsika dili təkcə Korsikada deyil, İtaliyanın Sardiniya adasında da istifadə olunur. Korsika dilinin fransız dili ilə parallel rəsmi dil olması uzun illər təkcə millətçilərin deyil, həmçinin adanın rəhbərliyinə seçilənlərin də tələbi olub. Korsika dilinin fransız dili ilə eyni şəkildə tanınması hazırkı tələblərin əsasını təşkil edir. Korsika adasında ikidillilik ideyası hələ 1980-ci illərin sonunda sosiolinqvist Jan-Batist Marselesi tərəfindən nəzəriyyələşdirilib.

Bastiya inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dillərində aparılmasını bildirən prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyanın 2-ci maddəsinə ziddir. Qərar mərkəzi hökumətin adadakı ən yüksək nümayəndəsi olan Korsika prefekti tərəfindən qaldırılan məhkəmə iddiasından sonra, eləcə də Emmanuel Makron administrasiyasının yerli siyasətçilərlə Korsikaya daha çox muxtariyyət verilməsi barədə danışıqlar apardığı bir vaxtda qəbul edilib.

Məhkəmənin qərarı Fransa hökuməti tərəfindən Korsikanın prefekti (adada ən yüksək rütbəli məmur) təyin olunmuş Amori de Sent-Qventin tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsi əsasında verilib.

Dil məsələsi ilə yanaşı məhkəmə Korsika xalqının mövcudluğunu müəyyən edən yerli qaydaların da anti-konstitusion olması barədə qərar verib.

Dünyanın siyasi dairələrində bu aktın pislənməsi və hüquqa qarşı bir addım olduğu vurğulansa da, Fransa hökumətinin siyasəti dəyişməz qalır. Fransanın Korsika xalqına qarşı həyata keçirdiyi dil siyasəti onların milli kimliklərinin məhv edilməsinə yönəlib. Bu isə beynəlxalq konvensiyalarla insanlara verilmiş insan hüquqlarına qarşı qəsddir.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsində deyilir: "Hər bir insan öz hüquq və azadlıqlarını həyata keçirərkən yalnız o məhdudiyyətlərə məruz qala bilər ki, onlar müstəsna olaraq, başqalarının hüquq və azadlıqlarının lazımı qaydada tanınması və onlara hörmət edilməsinin təmin edilməsi və demokratik cəmiyyətdə əxlaq qaydalarının, ictimai asayişin və ümumi rifahın ədalətli tələblərinin ödənilməsi naminə qanunla müəyyən edilmişdir".

Paradoksal olsa da, 20 oktyabr 2005-ci ildə Parisdə qəbul edilmiş "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında" Konvensiyaya əsasən, mədəni müxtəlifliyin bəşəriyyətin ümumi irsini formalaşdırdığını və hamının rifahı üçün onun qədrini bilməli və qoruyub saxlamalı olduğumuzu dərk edərək, mədəni müxtəlifliyin - seçim diapazonunu genişləndirən və insanın imkanlarını və dəyərlərini qidalandıran zəngin və rəngarəng dünya yaradaraq cəmiyyətlər, insanlar və millətlərin davamlı inkişafı üçün hərəkətverici qüvvə olduğunu təsdiqləyir. Həmçinin demokratiya, tolerantlıq, sosial ədalət və insanlar və mədəniyyətlər arasında qarşılıqlı hörmət şəraitində çiçəklənən mədəni müxtəlifliyin yerli, milli və beynəlxalq səviyyədə sülh və təhlükəsizlik üçün zəruri olduğunu vurğulayır.

Konvensiyada dil müxtəlifliyi barədə deyilir: "Dil müxtəlifliyinin mədəni müxtəlifliyin fundamental elementi olduğunu xatırladaraq və mədəni özünüifadənin qorunması və təşviq edilməsində təhsilin fundamental rolunu təsdiqləyir".

Göründüyü kimi, Korsika xalqının dilinə qarşı həyata keçirilən mədəni soyqırım siyasəti Fransa dövlətinin beynəlxalq öhdəliklərinə, həmçinin, beynəlxalq hüququn hamılıqla qəbul etdiyi prinsiplərinə daban-dabana ziddir.

Biz Fransa dövlətini öz beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırırıq.

Milli.Az


Etiketlər:  Fransa dünyaya qarşı bu xalqı məhv edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ