Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın

Prezident: İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın

Tarix: 18 Mart 2023 15:36

Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olmamışdır. Ermənistan ordusunda son məlumata görə 10 min yox, 11 min fərari olmuşdur.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində bildirib.

Azərbaycan Prezidenti bir daha vurğulayıb ki, İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Yeni reallıqları hər kəs qəbul etməlidir. "Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır, - deyə dövlətimizin başçısı əlavə edib.


Etiketlər:  Prezident İkinci Qarabağ müharibəsinin nəticələrini heç yaddan çıxarmasın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ