Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2023 21:50
"Dedim ki, bir iş görmək lazımdır, Mələkxanım Əyyubova mənə 10 min dollar verdi. Tez-tez belə jestlər edib".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri aparıcı və aktyor Sərxan Kərəmoğlu qonaq olduğu "Zaur Günaydın" səhər şousunda deyib.
Sənətçi bildirib ki, Xalq artisti Mələkxanım Əyyubova dəfələrlə ona yardım əlini uzadıb:
"Bir dəfə Türkiyədə çəkilişdə idik. Uzun libas geyinmişdi, yeriyə bilmirdi, kömək etdim. Dedim ki, görün, gəlib Mələkxanımın paltarını qaldırıram.
Qayıtdı ki, heç dədən Kərəm sənə 10 min dollar verməyib. Hələ bir dəfə də 20 min vermişdi. Oğlu Cəfər əsgərliyə gedəndə, mənə dedi ki, onun avtomobilini götür sür. Cəfər gələndə ona yenisini alacağam".