Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir sıra Avropa ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır

Bir sıra Avropa ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır

Tarix: 20 Mart 2023 01:24

Almaniya, Danimarka, Kanada, Fransa və Estoniya Ukraynaya yeni hərbi yardım paketlərini elan etməyə hazırlaşır.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski bildirib.

Söhbət döyüş sursatının, əsgəri təchizatın, tankların və artilleriyanın tədarükündən gedir.

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupuna sədrlik edən Pentaqon rəhbəri Lloyd Ostin "Ramştayn" formatında keçirilən növbəti görüşün yekunlarına əsasən vurğulayıb ki, 51 ölkənin nümayəndələri Rusiya ilə münaqişədə "lazım olduğu müddətcə" Ukraynaya dəstək verməyə hazır olduğunu təsdiqləyib. Ukraynanın müdafiə naziri Oleksiy Reznikov görüşün nəticələrini şərh edərkən bildirib ki, hava hücumundan müdafiə sistemi gücləndirilməli, döyüş sursatı ilə bağlı müraciətlər təmin edilməlidir.

Milli.Az


Etiketlər:  Bir sıra Avropa ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ