Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Dövlət katibinin köməkçisi istefa verəcək

ABŞ Dövlət katibinin köməkçisi istefa verəcək

Tarix: 20 Mart 2023 21:28

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid postundan ayrılır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"Son 18 ay ərzində Karen Donfrid vacib bir dövrdə Departamentin Avropa və Avrasiya Məsələləri üzrə Bürosuna son dərəcə bacarıq və sadiqliklə rəhbərlik edib. Bu ayın sonunda Departamenti tərk etməyə hazırlaşan Karenə Departamentə və Amerika xalqına göstərdiyi böyük xidmətə görə təşəkkür edirəm.

Kremlin onilliklər boyu sülh və firavanlığı təhdid etdiyi zamanda Karen ən mühüm müttəfiqlərimiz və tərəfdaşlarımızla münasibətlərimizi bacarıqla idarə edib.

Departament adından Karen göstərdiyi yüksək xidmətə görə təşəkkür edirəm və ona növbəti işlərində uğurlar arzulayıram", - ABŞ dövlət katibi Entoni Blinken deyib.

Milli.Az


Etiketlər:  ABŞ Dövlət katibinin köməkçisi istefa verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ