Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2023 21:45
Xalq artisti Aygün Kazımova qızı İlqarə barədə danışıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi övadının səhnədə, izləyicilərin gözü önündə böyüdüyünü bildirib.
Bu haqda ifaçı "Xəzər axşamı" verilişində qonaq olarkən söz açıb:
"Məni ötüb-keçib. Qızım məndən uzundur, maşallah. İlqarə səhnədə böyüdü. 4 yaşı olanda Heydər Əliyev Sarayında mənimlə birlikdə konsertlərimdə çıxış etməyə başladı. Hansı ki, böyük ulduzların olduğu "Aygün şou"da qızım çıxış edirdi. Gözümüzün önündə böyüdü, 32 il keçib, amma sanki hər şey dünən olub...".
Kazımova qızına həddindən artıq qadağalar qoymadığını söyləyib:
"Həddindən artıq üstündə təpinmək olmaz, o da bir insandır, öz dünyası, həyatı var. Bir ana kimi, əlbəttə, vaxtında nələrsə demişəm. Amma o azadlığı əlindən almamışam və düşünürəm ki, almayacam da".