Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

20 və 40 yaşlı xanımlar üzünə eyni cür qulluq edə bilərmi?

20 və 40 yaşlı xanımlar üzünə eyni cür qulluq edə bilərmi?

Tarix: 21 Mart 2023 12:21

Hər yaşa uyğun dəriyə qulluq qaydaları. Əgər bu qaydalara əməl etməsəniz etdiyiniz qulluğun heç bir effekti olmayacaq.

Sonxeber.net Lent.az-a istinadən bildirir ki, dəriyə qulluq edərkən, dəri tipinə və yaşa uyğun qulluq etmək əhəmiyyət daşıyır.

20 yaşında dəriyə qulluq

20 yaşlarında dərimiz kafi miqdarda yağ ifraz etdiyi üçün yağla zəngin olan qidalandırıcı məhsula ehtiyac yoxdur. Nəmlənməyi təmin edən məhsuldan istifadə edə bilərsiniz. Nizamlı olaraq həftədə 1 dəfə pilinq edilməlidir.

30 yaşında dəriyə qulluq

30 yaşınızda dərinin özünü yeniləmə funksiyası yavaşlayır. Dərinin nəmlənməklə yanaşı, əlavə bəslənməyə də ehtiyacı var. Pilinqi həftədə 2 və ya 3 dəfə etmək lazımdır. Təmizləmə və pilinq əməliyyatını bir yerdə edən məhsullardan istifadə edə bilərsiniz. 

40 yaşında dəriyə qulluq

40 yaş nəmləndiricilərlə yanaşı ton dəyişikliklərinin, dəri qırışlarının, elastiklik itkisinin başladığı dövrlərdir. 30 yaşında ləkə əleyhinə məhsullardan istifadə edilə bilər. Dərinin itirdiyi suyu geri qazandıracaq xüsusi qayğı məhsulları səhər və axşam tətbiq olunmalıdır.


Etiketlər:  yaşlı xanımlar üzünə eyni cür qulluq edə bilərmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ