Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2023 15:21
Məşhur bərbərlər boz saçları yaxşılaşdırmağın yollarını açıqlayıblar.
Sonxeber.net Lent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu növ saç xüsusi qayğı tələb edir.
Nəmləndirən məhsullardan istifadəni diqqətə çəkən stilist Qreqori Patterson qeyd edib ki, boz saçlar nəm saxlamaq qabiliyyətini itirməyə meyllidir, çünki yaşlandıqca saç follikülü daha az sebum istehsal edir.
Eyni zamanda, "Aveda" kosmetik markasının brendinin sözcüsü Deville həftədə bir dəfə rəng düzəldən şampundan istifadə etməyi tövsiyə edib. Mütəxəssis bildirib ki, isti su və günəş radiasiyası boz saçları tutqun edir.
Bundan əlavə, Patterson oxucuların diqqətini baş dərisinə qulluq məsələsinə cəlb edib. Beləliklə, o qeyd edib ki, saçların parıltısı üçün skrab və yağlardan istifadə etmək lazımdır. İkinci məhsulu hər gün birbaşa baş dərisinə sürtməklə tətbiq etmək olar.
Digər məsələlərlə yanaşı, saçların həddindən artıq yuyulmasının təhlükələrini də xatırladıb.
"Saçlarımızın baş dərisinin istehsal etdiyi təbii yağlara ehtiyacı var" dedi və bu prosesi həftədə bir və ya iki dəfə etməyi təklif edib.
Öz növbəsində Cersidəki "Love Lane" gözəllik salonunun sahibi Kristina Makkaro daraqları və saç alətlərini kirdən təmizləmək zərurəti barədə xəbərdarlıq edib. "Şampunla fırçalarınızdakı bütün tükləri çıxarın və quruması üçün dəsmala qoyun. İsti alətləri spirtlə təmizləyin", - o, vurğulayıb.