Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Amazon”da kütləvi ixtisarlar: Minlərlə insan işsiz qalacaq

“Amazon”da kütləvi ixtisarlar: Minlərlə insan işsiz qalacaq

Tarix: 21 Mart 2023 16:52

"Amazon" şirkətinin rəhbəri Endi Cessi 9 min işçisini ixtisar edəcəyini bəyan edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onun sözlərinə görə, ixtisarlar  "Twitch", reklam departamenti və "Amazon Web Services" bölməsinin əməkdaşlarına şamil olunacaq.

Cessi bunun şirkət üçün çətin bir qərar olduğunu, lakin uzunmüddətli perspektivdə "Amazon"a fayda verəcəyini söyləyib.

Şirkət rəhbəri bildirib ki, son bir neçə il ərzində "Amazon" əksər bölmələrinə çox sayda yeni əməkdaşlar cəlb edib. Bununla belə, hazırda iqtisadi qeyri-müəyyənliyi nəzərə alaraq rəhbərlik "xərcləri və işçilərin sayını daha yaxşı idarə etmək" qərarına gəlib.

Xatırladaq ki, "Amazon" üçün bu cari ildəki ikinci ixtisarlar dalğasıdır. Yanvarın əvvəlində şirkət 18 min işçini ixtisar edəcəyini açıqlamışdı.

Milli.Az


Etiketlər:  Amazonda kütləvi ixtisarlar Minlərlə insan işsiz qalacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ