Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alla Puqaçova' "Kimsə arxanca danışırsa, deməli, sən öndəsən"

Alla Puqaçova'

Tarix: 22 Mart 2023 16:12

Təqiblərə məruz qalan sovet və rus estradasının Primadonnası Alla Puqaçova özü ilə bağlı qalmaqallardan cana doyub.

Özünün mikrobloqunda Prinadonna pərəstişkarlarına müraciət edib.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə "Express-qazeta" nəşri yazıb.

Bu gün 73 yaşlı Alla Puqaçovanın adı yenidən qalmaqalda hallanıb. Buna səbəb 31 yaşlı müğənni Manija Sanqinin (Rusiyada arzuolunmaz artist kimi tanınıb) "Milyon al qızılgüllər" hitinin ifaçısının yeni şəkillərini dərc etməsi olub. 

Fotoşəkillərdə Primadonna az qala səhnədə gənc həmkarı ilə həmyaşıd kimi görünür. Buna baxmayaraq, Maksim Qalkinin (Rusiyada xarici agent kimi tanınıb) həyat yoldaşının özü anladıb ki, Manijadan inciməyib. 

Özünün qadağan edilmiş "İnstagram" platformasında Alla Borisovna bəyanat yerləşdirərək Tacikistandan olan ulduza dəstək verib.

Puqaçova yazıb ki, indiyədək Manijanın solo konsertlərində olmayıb, lakin İsraildə, nəhayət, ona "bu qəribə, özünəməxsus artist xanımı görmək və eşitmək nəsib olub". O, tədbirdən heyran olduğunu gizlətməyib.

"O, heyrət doğurub, tamaçılarla necə təmas yaradıb! Necə də qeyri-adi mahnılardır. Çox sağ ol, Manija. Əhsən sənə! Bilirəm, sənə indi çətindir. Qəm yemə. Sənin mahnı dünyanın qapılarının bütün dünyaya açıq olmasını arzulayıram. Uğurlar olsun sənə!" - Primadonna gənc həmkarına müraciətlə deyib.

Sosial şəbəkələrdə Puqaçovanın bəyanatı geniş şərh edilib.

"Nə qədər çətin olsa da, vicdanınız təmizdir, çox sağ olun!", - bunu pərəstişkarlardan biri yazıb.

"Onları birləşdirən nədir, vətənə xəyanət?" kimi Rusiya təbliğatına uyanlardan biri hiddətini gizlətməyib.

Milli.Az


Etiketlər:  Alla Puqaçova Kimsə arxanca danışırsa deməli sən öndəsən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ