Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mənə sizin kimi tamaşaçı lazım deyil”

“Mənə sizin kimi tamaşaçı lazım deyil”

Tarix: 22 Mart 2023 17:15

Aktyor Kamran Ağabalayev tənqidi paylaşım edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi üzünü tamaşaçılara tutaraq, onların Azərbaycan filmlərinə yetəri qədər dəstək vermədiklərini bildirib.

Bu haqda Kamran feysbukda status paylaşıb.

O, Emil Quliyevin rejissoru olduğu "Pərdəarxası: Mən burada tək olmuşam" filminə sözdə dəstək olub, lakin kinoteatrda izləməyə getməyənləri sərt tənqid edib:

"Sevdiyiniz, bəh-bəhlə izlədiyiniz, şəninə təriflər yazdığınız, bəyəndiyiniz, nəhayət ki, seriallarımıza, kinolarımıza nəfəs verəcək birilərinin olduğunu dediyiniz Emilin filmidir "Pərdəarxası", Azərlə ( aktyor Azər Aydəmir-red.),  Hikmətin də (aktyor Hikmət Rəhimov-red.) baş rollarını bölüşdüyü filmdir elə bu "Pərdəarxası". Nə oldu bəs? Nə dəyişdi? 700 min bəh-bəh deyənlərdən cəmi 700 nəfəri kinoteatrlarda filmi izləyib.

Bəs təkan verirdi ölümcül halda olan filmlərimizə? O verdi, bəs siz? Siz nə etdiniz? Quru quru deməklə olmur, vallah olmur. Tamam, deyə bilərsiniz ki, istəmirəm, getmirəm. O zaman ümid verməyin! Və ya deyin ki, qardaş, Emil, Azər, Hikmət bizim 9 manatımız yoxdur sənə, Azərbaycan filminə dəstək olmağa, biz sənə televiziyada dəstək olarıq, "ay Zaura", Xoşqədəmə dəstək olduğumuz kimi.

Olduğunuz kimi görünün, bizə film lazımdır falan deməyin. Biz də işimizi bilək, sizə baş qoşmayaq. Şəxsən mənə sizin kimi tamaşaçı lazım deyil, mən filmlərdə "sevdiyim işdir" deyə çəkilirəm, elə Azər də, Hikmət də. Emilin özü də... Sadəcə yalandan "dəstəksiniz" deyib, nə bizi "gic" yerinə qoyun, nə də özünüzü".

Milli.Az


Etiketlər:  Mənə sizin kimi tamaşaçı lazım deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ