Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şakiranı aldatdığına görə peşman deyil

Şakiranı aldatdığına görə peşman deyil

Tarix: 24 Mart 2023 02:44

Dünyaca məşhur müğənni Şakiranın keçmiş sevgilisi Jerard Pike xəyanətinə görə peşman olmadığını açıqlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, qərb KİV-nə açıqlamasında sənətçinin aldatdığı üçün linç olunduğunu qeyd edib.Pike sosial şəbəkələrdəki reaksiyaları vecinə almadığını vurğulayıb: "Mən özümə sadiq olmaq istəyirəm".

Qeyd edək ki, 36 yaşlı Pike və 46 yaşlı Şakira 11 illik vətəndaş nikahından sonra ayrılıblar, bu müddət ərzində cütlüyün iki oğlu var. Ailənin dağılması barədə xəbər 2022-ci ilin yayında məlum olub, ayrılığa səbəb xəyanət olub. Futbolçu 23 yaşlı Klara Çia ilə sevgilidir, cütlük toya hazırlaşır. 

Milli.Az


Etiketlər:  Şakiranı aldatdığına görə peşman deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ