Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2023 07:14
"Buraxdığımız ilk qoladək bərabər səviyyəli oyun gedirdi. İkinci qoldan sonra isə inamı itirdik".
Sonxeber.net matc.az-a istinadən bildirir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib.
Yığmamız AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Avstriyaya 1:4 hesabı ilə uduzub. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında məğlubiyyəti şərh edən Byazi bildirib ki, milli öz oyununu göstərməyə çalışıb: "İlk qoldan sonra sakitliyimizi qoruya bilmədik və son dəqiqələrə qədər əziyyət çəkdik".
İtaliyalı baş məşqçi komandada debüt edən Yusif İmanov və Azər Əliyev haqqında danışıb: "Gələcəkdə bizim üçün lazımlı oyunçu ola bilərlər. Matçdan əvvəl Bəxtiyar və Antonla bağlı şübhəmiz var idi. Uzaq məsafədən gəldiyi üçün Antonun hazır olmadığını düşündük və Bəxtiyara şans verdik".
De Byazi rəqibin təcrübəli futbolçulardan ibarət güclü kollektiv olduğunu söyləyib: "Gələcəyə inamla baxmalıyıq. Növbəti matçlarda əlimizdən gələni edəcəyik".