Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2025 22:38
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov komandanın Fransadan Polşaya səfər zamanı baqajların itməsi və yığmanın məşq etməməsi bağlı suala cavab verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, mətbuat konfransında bu barədə danışıb:
"Məşqimizi etdik, o baxımdan çətinlik yaranmadı. Bəli, nələrsə gecikdi, amma qaldığımız oteldə məşq etdik, oynamayan futbolçular da hazırlaşdı. Yəqin ki, bu da təzyiq vasitələrindən biridir".