Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2025 00:26
AFFA Yüksək Qızlar Liqasının II turunda keçirilən "Neftçi" - "Liman" oyunu qalmaqalla yadda qalıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Palms Sport Arena"da baş tutan qarşılaşmanın 12-ci dəqiqəsində "Neftçi"nin və Azərbaycan milli komandasının üzvü Coşqunə Əliyeva rəqib futbolçu Mələk Hacıyevaya yumruq zərbəsi endirib.
Hadisədən sonra baş hakim C. Əliyevaya birbaşa qırmızı vərəqə göstərərək onu meydandan kənarlaşdırıb.
Qeyd edək ki, qarşılaşma "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.