Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Haaland futbol tarixinə düşdü

Haaland futbol tarixinə düşdü

Tarix: 12 Oktyabr 2025 19:14

Norveç millisinin üzvü Erlinq Haaland yeni rekorda imza atıb.

Sonxeber.net xəbər verir ki, o, millinin heyətində 50 qol həddinə ən tez çatan oyunçu olub.

Norveç millisi DÇ-2026-nın seçmə mərhələsində ötən gecə İsraili 5:0 hesabı ilə məğlub edib. Haaland bu görüşdə iki dəfə penaltidən yararlana bilməyib. Hər ikisini rəqib qapıçısı Daniel Peres dəf edib. Ancaq daha sonra o, 3 qol vurub. 

Bununla da Haalandın millidəki qol sayı 51-ə çatıb. O, 46 görüşdə bu saya çatıb. 

Milli komandada 50 qol həddinə ən erkən çatan futbolçular

Erlinq Haaland (Norveç) - 46
Harri Keyn (İngiltərə) - 71
Kilian Mbappe (Fransa) - 90
Robert Levandovski (Polşa) - 90
Lionel Messi (Argentina) - 107
Kriştiano Ronaldo (Portuqaliya) - 114


Etiketlər:  Haaland futbol tarixinə düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ