Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski: "Ukrayna hələlik əks-hücuma başlaya bilməz"

Zelenski:

Tarix: 25 Mart 2023 08:28

Ukrayna ordusu silah çatışmazlığı səbəbindən əks hücuma keçməyə hələ hazır deyil.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Yaponiyanın "Yomiuri" qəzetinə müsahibəsində bildirib.

"Hələ başlaya bilmərik. Tanklar, artilleriya və HIMARS olmadan biz cəsur əsgərlərimizi ön cəbhəyə göndərə bilmərik", - deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələrində ciddi sursat çatışmazlığı yaşanır.

O əlavə edib ki, Rusiya ilə sülh danışıqları üçün şərait formalaşmayıb

Milli.Az


Etiketlər:  Zelenski Ukrayna hələlik əks hücuma başlaya bilməz


RƏYLƏR