Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Başına bir milyon dollar qoyulan “Dovşan” məhv edildi - FOTO

Başına bir milyon dollar qoyulan “Dovşan” məhv edildi - FOTO

Tarix: 25 Mart 2023 15:00

Venesuelanın hüquq-mühafizə orqanları ölkədə ən fəal şəkildə axtarışda olan cinayətkarlardan biri, "Dovşan" ("Konexo") ləqəbli Karlos Enrike Qomes Rodrigesi məhv edib. Onun ələ keçirilməsində köməyə görə bir milyon dollar mükafat veriləcəyi elan edilmişdi.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər, ədliyyə və sülh naziri Remixio Sebalyos mətbuat konfransında bildirib.

Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, cinayətkar İrapada (Sukre ştatı) tapılıb. O, dəstənin digər üzvləri ilə birlikdə mühafizəçilərə müqavimət göstərməyə çalışıb. Əməliyyat nəticəsində onlardan 36 nəfər saxlanılıb. Mütəşəkkil cinayətkar qrupun qalan üzvlərinin axtarışı davam etdirilir.

Qeyd edək ki, Qomes terror, qətl, qəsb və adam oğurluğu ilə ittiham edilib.

Milli.Az


Etiketlər:  Başına bir milyon dollar qoyulan Dovşan məhv edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ