Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ölümlə təhdid edilən Heylidən cavab - FOTO

Ölümlə təhdid edilən Heylidən cavab - FOTO

Tarix: 25 Mart 2023 18:00

Selena Qomezin pərəstişkarları tərəfindən ölümlə təhdid edildiyini bildirən Heyli Biber paylaşım edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, müğənninin bu mövzuda onu müdafiə etməsinə təşəkkürünü bildirib:

"Bu barədə danışdığına görə Selenaya təşəkkür edirəm. Biz həftələrdir ki, barəmizdə olan bu problemin necə keçəcəyini danışırıq. Deyilənlər həmişə başqa yerə çəkilə və nəzərdə tutulmayan formada göstərilə bilər. Mən də daxil olmaqla hamımız paylaşdıqlarımız və dediklərimizdə diqqətli olmalıyıq. Sonda inanıram ki, sevgi həmişə nifrət və mənfilikdən daha böyük olacaq".

Qeyd edək ki, ötən gün Qomez Heylinin ölümlə təhdid edildiyini bildirərək, pərəstişkarlarından bunu dayandırmaqlarını istəyib.

Məlumat üçün onu da bildirək ki, Selena və Castin Biber uzun illər davam edən münasibətdən sonra 2018-ci ildə ayrılıb. Castin Heyli ilə elə həmin ilin sentyabrında nişanlandıqdan sonra, cəmi iki aya gizli şəkildə evləniblər.

Milli.Az


Etiketlər:  Ölümlə təhdid edilən Heylidən cavab FOTO


RƏYLƏR