Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İbrahimoviç: “Azərbaycan millisi ilə oyun tam fərqli olacaq”

İbrahimoviç: “Azərbaycan millisi ilə oyun tam fərqli olacaq”

Tarix: 27 Mart 2023 13:48

"Qarşılaşma tam fərqli olacaq".

Bunu İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç evdə Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə deyib.

İtaliya "Milan"ında çıxış edən 42 yaşlı hücumçu bu görüşdə daha yaxşı mübarizə aparacaqlarını bildirib: "Kifayət qədər qol şanslarımızın olacağını düşünürəm. Şans hesabına belə olsa, qollar vurmaq lazımdır. Necə ki, Belçika seçməsi bunu bizimlə oyunda etdi".

Qeyd edək ki, martın 27-də Solna şəhərində keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Milli.Az


Etiketlər:  İbrahimoviç Azərbaycan millisi ilə oyun tam fərqli olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ