Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaraciyərindən əməliyyat olunan aktyor Nazpərini efirdə ağlatdı - VİDEO

Qaraciyərindən əməliyyat olunan aktyor Nazpərini efirdə ağlatdı - VİDEO

Tarix: 27 Mart 2023 16:40

Bir müddət əvvəl qaraciyər serrozundan əziyyət çəkən və əməliyyatı üçün verilişlərin birində vəsait toplanan aktyor Elvin Ağayev xanımı və oğlu ilə "Günaydın Azərbaycan!" səhər şousuna qonaq gələrək, hamını kövrəldib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, aktyorun əməliyyat xərclərinin bir hissəsini üzərinə götürən və sözügedən verilişdə qonaq olan Xalq artisti Nazpəri Dostəliyeva Elvinlə görüşdükdən sonra göz yaşlarına hakim ola bilməyib.

Müğənninin əlini öpən E.Ağayev bildirib ki, əməliyyata Nazpərinin "Ana" mahnısını dinləyərək girib:

"Xəstəxanada gözləyəndə... Gecələr... Bilmirdim ki, nə olacaq? Qalacağam yoxsa gedəcəyəm... Sizin "Ana" mahnınıza qulaq asırdım. Çünki anam mənim üçün göz yaşı tökürdü. Allaha, sizə, dualara şükür! Nazpəri xanım siz də bir övlad itirmisiniz (oğlu Əli iki il əvvəl dünyasını dəyişib - red.). Mən də bundan sonra sizin bir oğlunuzam".
Elvin bu çıxışından sonra Nazpərini qucaqlayıb və öpüb. Dostəliyeva isə Ağayevin bu sözlərindən təsirlənərək, göz yaşlarına qərq olub.

Həmin anlar isə anbaan proqramın canlı efirində nümayiş olunub. 
Həmin kadrları sizə təqdim edirik:

Milli.Az


Etiketlər:  Qaraciyərindən əməliyyat olunan aktyor Nazpərini efirdə ağlatdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ