Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail müxalifəti Netanyahu ilə məhkəmə islahatlarına dair dialoqa başlamağa razılaşıb

İsrail müxalifəti Netanyahu ilə məhkəmə islahatlarına dair dialoqa başlamağa razılaşıb

Tarix: 28 Mart 2023 07:50

İsrailin aparıcı müxalifət partiyalarının başçıları baş nazir Benyamin Netanyahunun məhkəmə islahatlarının mübahisəli məsələləri üzrə geniş dialoq təklifinə cavab veriblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ən böyük müxalifət partiyası Yeş Atidin rəhbəri, parlament müxalifətinin lideri Yair Lapid prezident İtsak Hersoqun vasitəçiliyi ilə dialoq aparmağa hazır olduğunu bildirib.

O vurğulayıb ki, dövlət başçısı hər iki tərəfdə etimad yaradan "dialoq mexanizmini müəyyənləşdirməli və ədalətli vasitəçi kimi çıxış etməlidir".

Öz növbəsində böyük müxalifət blokunun lideri, keçmiş müdafiə naziri Benni Qantz dialoqa hazır olduğunu bildirib.

Milli.Az


Etiketlər:  İsrail müxalifəti Netanyahu ilə məhkəmə islahatlarına dair dialoqa başlamağa razılaşıb


RƏYLƏR