Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2023 08:06
"İlk hissədə topla daha çox oynayırdıq. Onları çətinə salmışdıq. Rəqib reytinqdə bizdən 100 pillə irəlidədir".
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni de Byazi Avro-2024-ün seçmə mərhələsinin ikinci turunda səfərdə İsveçə uduzudları oyundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis komandasının 0:5 hesablı məğlubiyyətinə baxmayaraq, əla oyun sərgilədiklərini bildirib: "İkinci qoladək oyunda qaldıq. Fikirləşirəm ki, əla oyun göstərdik. Topa daha çox nəzarət etdik. İkinci qoldan sonra onların hər imkanı qol olurdu. Bizim də imkanlarımız oldu. Hətta heç-heçə edə bilərdik. Təbii ki, fiziki cəhətdən onlar bizdən güclüdürlər. 70-75 dəqiqə oyunda qala bilirik. Ondan sonra çox çətin olur bizə".
De Byazi komandasının tez ruhdan düşdüyünü də qeyd edib: "Ən əsası 2:0-dan sonra ruhdan düşməməliyik. İnanmalıyıq ki, nəticəni xeyrimizə dəyişmək olar. Əminəm ki, bundan daha yaxşısını edə bilərik. İnkişaf etmək üçün bu oyundan dərs çıxartmalıyıq.
Oyunun son dəqiqələrində 2002 və 2003-cü il təvəllüdlü uşaqlara şans verdim. Başa düşürəm, nəticə bizim üçün acınacaqlıdır, amma onlara deyəcək sözüm yoxdur".