Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Ukraynaya aviasiya bombaları atıb, yaşayış evləri dağılıb

Rusiya Ukraynaya aviasiya bombaları atıb, yaşayış evləri dağılıb

Tarix: 28 Mart 2023 14:04

Rusiya ordusu Ukraynanın Sumı vilayətinin Belopolye bölgəsinə aviasiya bombaları atması nəticəsində bir nəfər yaralanıb, dağıntılar var.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin (UPO) rəhbəri Andriy Yermak sosial şəbəkə səhifəsində bildirib.

"Düşmən Sumı vilayətinin Belopole bölgəsini atəşə tutmaqda davam edir. Rusiya idarəedilən aviasiya bombaları ilə aviazərbə endirib", - A.Yermak yazıb.

O qeyd edib ki, bombardman nəticəsində iki şəxsi ev, ikimərtəbəli çoxmənzilli yaşayış binası, küçədən keçən aşağı təzyiqli qaz kəməri zədələnib.

Ofisin başçısı vurğulayıb ki, Rusiya Ukrayanda mülki obyektləri atəşə tutmaqla yeni taktikanı sınaqdan çıxarır:

"Bu, terrorçu-dövlətin tipik terrorudur"

Milli.Az


Etiketlər:  Rusiya Ukraynaya aviasiya bombaları atıb yaşayış evləri dağılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ